Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində geriləyib | |
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Sonuncu dəfə ötən ilin dekabr ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 3 pillə geriləyərək 1142 xalla 124-cü pillədə qərarlaşıb. Son dünya çempionu Argentina millisi reytinq cədvəlində birinci pilləyə yüksəlib. Komandanın hesabında 1840 xal var. Fransa seçməsi 1838 xalla ikinci pilləyə qalxıb. Braziliya yığması liderlikdən üçüncü pilləyə geriləyib – 1834 xal. |
|
Xəbər 152 dəfə oxundu. |
|
|