Azərbaycanlı futbolçu “Fortuna” ilə oyunda zədələnib | |
Almaniyanın Qərb Regional Liqasında 26-cı turdan təxirə salınmış oyunlar keçirilib. Azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Fortuna-2” (Düsseldorf) ilə qarşılaşıb. "Şalke-2" oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və zədələndiyi üçün 11-ci dəqiqədə məcburi əvəzlənib. Qeyd edək ki, “Şalke-2” hazırda turnir cədvəlində 39 xalla 9-cu pillədə qərarlaşıb. |
|
Xəbər 146 dəfə oxundu. |
|
|