Ən pis lider - «Qalatasaray»
Superliqada 7-ci turu lider kimi başa vuran «Qalatasaray» liqa tarixinin 3 xallı sistemlə oynanan dönəmində bu bölümü ən az xalla zirvədə keçən klub olub. İdman.com.az saytının məlumatına görə, Geridə qalan 7 matçda 4 qələbə, 2 heç-heçə və 1 məğlubiyyəti olan və 14 xal yığan «Qalatasaray», son iki matçında itirdiyi 5 xala baxmayaraq, zirvədəki yerini qoruyub.

Lakin bu itirilən xallar «sarı-qırmızılar»ı 3 xallı sistemin tətbiq olunmağa başlandığı 1987-88 mövsümündən etibarən 7 turun ən pis lideri edib. Liqada heç bir komandanın 7 matçdan sonra 14 xalı aşa bilməməsi Superliqanın bu mövsüm nə qədər gərgin keçdiyinin göstəricisidir.

Ötən tarixə baxsaq, 7 turu ən yaxşı başa vuran isə 2009-2010-cu illər mövsümündə ilk 7 görüşün hamısında qalib gələrək 21 xal toplayan «Fənərbağça» olub. 1987-1988-ci illər mövsümündən bəri 7 turu lider kimi başa vuran klubların göstəriciləri belədir:

2012-13 «Qalatasaray» 7 4 2 1 16-9 14
2011-12 «Fənərbağça» 7 5 2 0 12-5 17
2010-11 «Bursaspor» 7 6 1 0 11-1 19
2009-10 «Fənərbağça» 7 7 0 0 14-3 21
2008-09 «Beşikdaş» 7 5 2 0 14-5 17
2007-08 «Qalatasaray» 7 6 1 0 17-3 19
2006-07 «Manisaspor» 7 5 2 0 17-4 17
2005-06 «Qalatasaray» 7 6 1 0 18-7 19
2004-05 «Fənərbağça» 7 6 1 0 18-6 19
2003-04 «Beşikdaş» 7 6 1 0 19-5 19
2002-03 «Qalatasaray» 7 5 1 1 15-10 16
2001-02 «Qalatasaray» 7 6 1 0 17-6 19
2000-01 «Qalatasaray» 7 5 1 1 20-5 16
1999-00 «Qalatasaray» 7 5 1 1 15-6 16
1998-99 «Gənclərbirliyi» 7 6 0 1 17-9 18
1997-98 «Fənərbağça» 7 6 0 1 17-4 18
1996-97 «Trabzonspor» 7 5 1 1 15-5 16
1995-96 «Trabzonspor» 7 5 2 0 16-4 17
1994-95 «Qalatasaray» 7 6 1 0 21-6 19
1993-94 «Qocaelispor» 7 6 0 1 13-8 18
1992-93 «Qocaelispor» 7 6 0 1 23-7 18
1991-92 «Beşikdaş» 7 6 1 0 19-6 19
1990-91 «Beşiktaş» 7 5 2 0 14-5 17
1989-90 «Fənərbağça» 7 6 0 1 14-4 18
1988-89 «Qalatasaray» 7 5 1 1 22-7 16
1987-88 «Qalatasaray» 7 6 1 0 21-6 19

Xəbər 1794 dəfə oxundu.