Qadın voleybolçular arasında Azərbaycan Birinci Liqasının əsas mərhələsi başa çatıb
Qadın voleybolçular arasında Azərbaycan Birinci Liqasının əsas mərhələsi başa çatıb.

14 komanda bir dövrədən ibarət olmaqla iki qrupda mübarizə aparıb. Hər qrupda ilk iki yeri tutan kollektivlər pley-off mərhələsinə vəsiqə qazanıblar.

A qrupunda “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, B qrupunda isə “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin” və “Sumqayıt” komandaları mübarizə aparıblar.

Yarımfinal və final oyunlarından ibarət pley-off mərhələsinə A qrupundan "Xarı bülbül" və "Azərreyl-2", B qrupundan isə "Murov-2" və "Ryuqa" klubları yüksəliblər.

Pley-off oyunlarına aprelin 1-də start veriləcək. Həmin gün keçiriləcək yarımfinalda A qrupunda birinci olmuş “Xarı bülbül“ B qrupunun ikincisi “Ryuqa” ilə, B qrupunun birincisi “Murov-2” isə A qrupunun ikincisi “Azərreyl-2” ilə qarşılaşacaq. Qaliblər finalda I Liqanın çempionunu müəyyən etmək şansı qazanacaq, uduzanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Xəbər 195 dəfə oxundu.