Şahmatçımız Şəhriyar Məmmədyarov Özbəkistanda beynəlxalq turnirdə iştirak edəcək | |
Martın 27-də Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək. Yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcəklər. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq. Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır. |
|
Xəbər 245 dəfə oxundu. |
|
|