Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq
“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq.

Buna səbəb 30 yaşlı yarımmüdafiəçinin səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları “Avro-2024”ün seçmə mərhələ görüşündə zədələnməsidir.

Matçın gedişində zədələnən futbolçu Solnada İsveç yığmasına qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də "Frends Arena"da baş tutacaq.

Xəbər 185 dəfə oxundu.