Üzgüçülük üzrə milli komanda tam tərkibdə təlim-məşq toplanışındadır
Üzgüçülük üzrə Azərbaycan yığma komandası Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.

Fevralın 16-dan başlayan hazırlıqlarda 24 üzgüçü və 4 məşqçi iştirak edir. Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirir.

Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov verdiyi məlumata görə, əsas komandaya cəlb olunan üzgüçülərin martın 10-11-də Bakı Su İdman Sarayında test yarışları təşkil olunacaq. Bu yoxlama yarışları yekunlaşdıqdan sonra milli komandanın əsas və ehtiyat üzvləri müəyyənləşəcək.

Üzgüçülük üzrə Azərbaycan yığma komandasının Mingəçevir Kür Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı martın 3-də yekunlaşacaq.

Xəbər 302 dəfə oxundu.