Avstriyalı atlet Andreas Prommeqqer qış idman növləri üzrə ən yaşlı dünya çempionu olub | |
Avstriyalı Andreas Prommeqqer qış idman növləri üzrə dünya çempionatında qızıl medal qazanan ən yaşlı atlet olub. 42 yaşlı snoubordçu Gürcüstanda keçirilən dünya çempionatında paralel slalom yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A.Prommeqqer yarışın final mərhələsində həmyerlisi - 26 yaşlı Arvid Auneri 0,44 saniyə qabaqlayıb. Əvvəllər dünyanın ən yaşlı dünya çempionu Avstriya idmançısı Klaudiya Riqler idi. O, 2015-ci ildə 41 yaşında paralel qiqant slalom növündə qızıl medal qazanmışdı. Ən yaşlı Olimpiya çempionu adı isə İtaliya idmançısı Maurilio De Zolta məxsusdur. İtaliyalı atlet 1994-ci ildə Norveçdə keçirilən Qış Olimpiya Oyunlarında 43 yaşında estafet yarışlarında birinci olub. |
|
Xəbər 282 dəfə oxundu. |
|
|