Azərbaycan Elektron İdman Növləri Federasiyasına yeni prezident seçilib
Fevralın 21-də Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda federasiyanın prezidenti Ramil Əliyevin hesabatı dinlənilib. Sonra federasiyaya prezident seçkiləri keçirilib. Səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib.

A.Mahmudov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun bundan sonrakı fəaliyyəti və görüləcək işlər barədə danışıb.

Yığıncaqda, həmçinin Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidenti vəzifəsinə, Ənvər Hüseynov, İmamir Mirzoyeva və Məmməd Əlizadə isə İdarə Heyətinə üzv seçiliblər.

Xəbər 286 dəfə oxundu.