Azərbaycanın Avropa çempionatında seçmə mərhələsinə yollanan heyəti açıqlanıb
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət yığma komandasının Bolqarıstanda keçiriləcək Avropa çempionatında seçmə mərhələsinə yollanan heyəti açıqlanıb. Baş məşqçi Təbriz Həsənovun sərəncamında 21 futbolçu olacaq.

Bunlar Əli Həsənli ("Qəbələ"), Fəhmin Muradbəyli, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Mirkamil Həşimli ("Fənərbaxça", Türkiyə), Budaq Nəsirov ("Turan"), Ülvi İbazadə, Mansur Nəhavəndi (hər ikisi "İnter"), Mahir Mədətov, Yusup Hakimov, Təyyar Məmmədov (hamısı "Bakı"), Elnur Cəfərov, İlyas Səfərzadə (hər ikisi "Xəzər Lənkəran"), Elvin Nəsibov, Ağaseyid Qasımov (hər ikisi "Qarabağ"), Qaziməhəmməd Qurbanov (hər ikisi "Anji", Rusiya), Mertcan Akar ("Fortuna Düsseldorf 1895", Almaniya), Rəhim Sadıqov ("Spartak" Moskva, Rusiya), Müslüm Zararsız (SV "Wehen Wiesbaden", Almaniya), Abdussəməd Gürsoy, Dəmir Sərcan (hər ikisi FSV "Frankfurt", Almaniya) və Cem Fələkdir ("Ayntraxt" Frankfurt, Almaniya).

Yığmamız oktyabrın 14-dən 25-ə qədər təlim-məqş toplanışında olacağı Bolqarıstanın Sliven şəhərində 3 rəsmi oyuna çıxacaq.

Avropa çempionatının ilkin seçmə mərhələsindəki oyunların təqvimi:

19 oktyabr, saat 20:00
İspaniya - Azərbaycan
Stara Zaqora (Bolqarıstan). Beroe stadionu
Baş hakim: Kevin Clansy (Şotlandiya)

21 oktyabr, saat 18:00
Azərbaycan - Polşa
Sliven (Bolqarıstan). Hadzhji Dimitar stadionu
Baş hakim: Eitan Shemeulevitch (İsrail)

24 oktyabr, saat 18:00
Bolqarıstan - Azərbaycan
Sliven (Bolqarıstan). Hadzhji Dimitar stadionu
Baş hakim: Eitan Shemeulevitch (İsrail)

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

affa.az

Xəbər 934 dəfə oxundu.