“Antalyaspor” klubu kapitanı ilə yollarını ayırıb | |
Türkiyənin “Antalyaspor” klubu kapitanı Hakan Özmərtlə yollarını ayırıb. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Otuz yeddi yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, aşağı liqa təmsilçisi “Bodrumspor”la mövsümün sonuna kimi anlaşıb. Futbolçu 2018-ci ildən “Antalyaspor”un uğurları üçün çalışırdı. Yarımmüdafiəçi 2007-2010-cu illərdə də bu komandanın formasını geyinib. “Antalyaspor”da 188 oyun keçirən futbolçu 15 qol vurub. |
|
Xəbər 190 dəfə oxundu. |
|
|