“Turan Tovuz” Premyer Liqanın XXIII turunda ilklərə imza atıb
“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasının XXIII turunda ilklərə imza atıb. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”la səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.

Tovuz təmsilçisi ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurub. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.

Tovuz komandası həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib. “Turan Tovuz” fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyib. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.

Xəbər 330 dəfə oxundu.