Suya tullanma idman növü üzrə milli komandamıza yeni məşqçi təyin olunub | |
Azərbaycanın suya tullanma idman növü üzrə milli komandasına yeni məşqçi təyin olunub Avropa çempionatının gümüş mükafatçısı Mixail Mayorov ilə müqavilə imzalanıb. Azərbaycanın suya tullanma idman növünün inkişafı üçün perspektivli ölkə olduğunu deyə M.Mayorov bildirib ki, isti iqlim və lazımi dövlət dəstəyi bu füsunkar ölkənin idmandan həzz almasını təmin edir. “Hazırda suya tullanma Azərbaycan üçün yeni idman növüdür. İnsanlar bununla məşğul olmağın mümkünlüyünü yeni öyrənirlər. Bununla belə, bu növün inkişafı üçün yaxşı idman qurğuları mövcuddur. Müasir avadanlıqlar və yüksək səviyyəli şəraiti olan Bakı Su İdman Mərkəzində uşaqlar və gənc idmançılar - üzgüçülük, su polosu, sinxron üzgüçülük, suya tullanma idman növü ilə peşəkar şəkildə məşğul olmaq üçün hər şərait var. Mənim planım uşaqlara və yeniyetmələrə suya tullanma yeni idman növünə sevgi aşılamaq, onlara beynəlxalq suya tullanma proqramının gözəl və möhtəşəm elementlərini öyrətməkdir. Gələcəkdə gənc idmançılardan ibarət komanda toplamaq və Avropa və dünya çempionatlarında yüksək nəticələr göstərmək istəyirik”, - deyə məşqçi söyləyib. |
|
Xəbər 278 dəfə oxundu. |
|
|