İngiltərə klubları tarixdə ilkə imza atıblar
İngiltərə futbol klubları tarixdə ilk dəfə qış transfer dönəmində 1 milyard dollardan çox pul xərcləyiblər.

Premyer Liqa təmsilçiləri yanvarda alınan oyunçular üçün ümumilikdə 1 milyard 3 milyon avroluq ödəniş ediblər.

Bu məbləğin 37 faizi “Çelsi”nin payına düşür. London klubu qışda yeni oyunçulara 398 milyon dollar xərcləyib.

Ümumiyyətlə, Premyer Liqa klubları qış transfer dönəmində oyunçu transferlərinə xərclədikləri məbləğə görə rekorda imza atıblar. Klublar ötən ilin qış transferlərinə 362 milyon dollar xərcləyiblər.

Qeyd edək ki, qış fasiləsinin ən bahalı transferi Entso Fernandes olub. Argentinalı yarımmüdafiəçi “Benfika”dan “Çelsi”yə 131 milyon avroya keçib.

Xəbər 304 dəfə oxundu.