Ballak butslarını asdı | |
Almaniya yığmasının keçmiş kapitanı Mixail Ballak peşəkar futbol karyerasını başa vurduğunu söyləyib. Futbolçu bu qərarı 36 yaşını adladıqda verib. Futbola o, 1995-ci ildə «Kemniser» klubunda başlayıb. Bundan sonra «Kayzerslautrn»ə keçərək, orada 46 oyun keçirib və sonradan «Bayer»ə üz tutub. Leverkuzendə dünya şöhrəti tapan Ballak 3 ilini burada keçirdikdən sonra «Bavariya»ya keçib. Münhen klubunda o, 100-dən çox oyun keçirib və 44 qol vurub. İdman.com.az saytının məlumatına görə, 2006-cı ilin dünya çempionatından sonra Ballak «Çelsi»yə üz tutub. «Zadəganlar»ın formasını da o, 100-dən artıq oyunda geyinib. Lakin klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən müqaviləsini uzatmayaraq, 2010-cu ildə «Bayer»ə dönüb. Lakin elə mövsümün əvvəlindəcə ağır zədə onu meydandan kənarda qoyub. Almaniya yığmasında 10 ildən artıq oynayan Ballak, bu müddətdə 98 oyuna 42 qol vurub. |
|
Xəbər 1018 dəfə oxundu. |
|
|