Basketbol üzrə millimiz Ankarada təlim-məşq toplanışındadır
On altı yaşadək qız basketbolçulardan ibarət yığmamız Ankarada təlim-məşq toplanışına qatılıb.

Türk mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz 14 nəfərlik heyətlə gündə iki dəfə olmaqla məşq edir.

Hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Təlim-məşq toplanışı iyulun 18-23-də Andorrada keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 301 dəfə oxundu.