İngiltərə Futbol Assosiasiyası “Fulhem” klubunu cərimələyib | |
İngiltərənin “Fulhem” klubu “Çelsi”yə qarşı matçda futbolçularının davranışına görə 27 min 500 funt sterlinq məbləğində cərimələnib. “Fulhem”in oyunçuları sözügedən matçın 57-ci dəqiqəsində “Çelsi”nin yeni transferi Jao Feliksin qayda pozuntusuna sərt etirazlarını bildiriblər. Futbolçuların nizam-intizam qaydalarını pozması səbəbindən yerli futbol assosiasiyası klubu məhkəmə qərarı əsasında cərimələyib. Qeyd edək ki, sözügedən matçda Jao Feliks kobud oyundan sonra debüt matçında qırmızı vərəqə alaraq meydandan qovulub. |
|
Xəbər 185 dəfə oxundu. |
|
|