“Seltik” Cənubi koreyalı oyunçunu transfer edib | |
Şotlandiyanın “Seltik” futbol klubu Cənubi Koreya millisinin üzvü O Hyonq-gyunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi bir yaşlı koreyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transferin məbləği barədə məlumat verilməyib. Qeyd edək ki, Hyonq-gyu buna qədər Cənubi Koreyanın “Suvon Bluvinqs” komandasının şərəfini qoruyub. Bununla yanaşı, hücumçu ötən il Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Cənubi Koreya millisinin heyətində də oyuna çıxıb. |
|
Xəbər 149 dəfə oxundu. |
|
|