Bu gün UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılacaq | |
Bu gün UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatmada 4 milli komanda – Xorvatiya, İtaliya, Niderland (ev sahibi) və İspaniya yer alacaq. Qeyd edək ki, Millətlər Liqasının yarımfinal matçları iyunun 14-15-də, üçüncü yer və final oyunu isə ayın 18-də keçiriləcək. |
|
Xəbər 234 dəfə oxundu. |
|
|