Avstriya - Azərbaycan matçı “Raiffeisen Arena”da oynanılacaq
Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib.

Martın 24-də keçiriləcək Avstriya - Azərbaycan qarşılaşması Linz şəhərindəki “Raiffeisen Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 275 dəfə oxundu.