“Çelsi”nin yeni transferi rekorda imza atıb | |
“Çelsi”nin yeni transferi Mixayl Mudrik rekorda imza atıb. Ukraynalı futbolçu sonuncu oyunda qeydə alınan qaçış sürəti ilə mövsümün rekord göstəricisinə adını yazdırıb. İyirmi iki yaşlı oyunçu İngiltərə Premyer Liqasının 21-ci turunda “Liverpul”a qarşı keçirdiyi matçda 36,63 kilometr/saat sürət göstəricisinə sahib olub. Qeyd edək ki, Mudrik bu il 100 milyon avroya Ukraynanın “Şaxtyor” klubundan transfer olunub. |
|
Xəbər 199 dəfə oxundu. |
|
|