Azərbaycan Premyer Liqası beynəlxalq reytinq cədvəlində 19 pillə irəliləyib | |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı milli çempionatlarının illik reytinqini açıqlayıb. 80 liqanın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 41-ci pillədə qərarlaşıb. Hesabında 349,25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib. Siyahıya Braziliya A seriyası başçılıq edir. Yüksək liqa 1181 xala malikdir. İngiltərə Premyer Liqası (1086) ikinci, İspaniya La Liqası isə üçüncü (967,5) sırada qərarlaşıb. |
|
Xəbər 229 dəfə oxundu. |
|
|