“Şamaxı” klubu Serbiyanın “Napredak” komandasına qarşı | |
“Şamaxı” klubu bu gün Antalya hazırlığı çərçivəsində sonuncu yoxlama matçına çıxacaq. Komanda Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qeyd edək ki, “Şamaxı” ilk yoxlama oyununda Qazaxıstanın “Kaysar” klubu ilə qolsuz heç-heçə edib. Rumıniyanın “Botaşani” komandası ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb. |
|
Xəbər 288 dəfə oxundu. |
|
|