Qadın futbolçulardan ibarət millimizin üzvü “Zenit”də | |
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiyada klubunu dəyişib. 20 yaşlı müdafiəçi “Zenit”ə keçib. Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Qeyd edək ki, N.Mirzəliyeva daha əvvəl Kazanın “Rubin” klubunda çıxış edirdi. O, 2019-cu ildən Azərbaycan millisinin üzvüdür. |
|
Xəbər 240 dəfə oxundu. |
|
|