Bədii gimnastika üzrə onlayn məşqçilik kurslarına start verilib
Bədii gimnastika üzrə 1-ci səviyyə üçün onlayn məşqçilik kurslarına start verilib.

Ölkəmizdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərində fəaliyyət göstərən məşqçilər bədii gimnastika üzrə bu səviyyəyə aid onlayn kurslardan qeydiyyatdan keçə bilərlər. Kursların onlayn hissəsinə aid tədris materialları AGF-in tədris saytında (https://tedris.agf.az/main) öz əksini tapıb.

Məşqçilər onlayn kursları və imtahanları uğurla başa vurduqdan sonra elektron qaydada dinləyici sertifikatı əldə edəcəklər.

Daha sonra məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, AGF-in tədris saytı ötən il federasiyasının İcra Komitəsinin qərarına əsasən istifadəyə verilib.

Sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər.

Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.

Xəbər 244 dəfə oxundu.