Stolüstü tennisçimiz beş qitənin ən istedadlıları sırasında yer alıblar | |
Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq. İstedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşayiət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına beş qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və miniturnirlərdə iştirak edəcəklər. Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin oxşar təlimlərinə qatılır. |
|
Xəbər 290 dəfə oxundu. |
|
|