Azərbaycanlı hakim İstanbulda Çempionlar Liqasının oyununu idarə edəcək | |
Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib. Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək. E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək. |
|
Xəbər 248 dəfə oxundu. |
|
|