Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatında 2 oyun keçiriləcək
Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatında 2 oyun keçiriləcək. 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşlərlə 1/4 final mərhələsinə start veriləcək.

Mundialda 11 qol vurmaqla rekorda imza atan KXDR və Nigeriya yarımfinal yolunda növbəti sınağa çıxacaqlar.

İlk oyunda KXDR və Kanada üz-üzə gələcək. Birinci görüşdə Qambiyaya 11 cavabsız qol vurmaqla diqqət çəkən asiyalılar sonrakı 2 oyunda qalib gəlməməsini unutdurmalıdır. Kanadalılar isə cəmi 3 qolla mərhələ adlamasının təsadüf olmadığını göstərməlidir.

Günün 2-ci matçında isə Nigeriya və Fransa görüşəcək. 2010-cu ildə 1/4 finaladək irəliləyən afrikalılar A qrupunda 1-ci olmaqlarının təsadüfdən qaynaqlanmadığını sübut etməlidir. İlk dəfə bu qədər irəliləyən Fransa isə Avropanın nüfuzunu qorumağa çalışacaq.

17 yaşadək qızlar arasında dünya çempionatı
1/4 final
4 oktyabr

17:00. KXDR – Kanada
Baş hakim: Piri Moraq (Şotlandiya)
Bakı. 8-ci km qəsəbə stadionu

20:00. Nigeriya – Fransa
Baş hakim: Ri Hyanq Ok (KXDR)
Bakı. 8-ci km qəsəbə stadionu

Xəbər 1083 dəfə oxundu.