Fransa Futbol Federasiyasının prezidenti Zidanı aşağılamaqla özünə necə quyu qazdı? | |
Fransa Futbol Federasiyasına (FFF) 2011-ci ildən rəhbərlik edən 82 yaşlı Noel Lö Qraenin 1998-ci, 2000-ci və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilmiş Zinəddin Zidanla bağlı söylədikləri böyük polemika yaradıb. Bu polemikanın onun istefası ilə nəticələnəcəyi gözlənilir. Yığması sosial şəbəkələrdə “6-cı Afrika komandası” adlandırılan və 23 futbolçusundan 15-i Afrika mənşəli olan Fransa Futbol Federasiyasının rəhbəri L.Qraen müsahibəsində Z.Zidanla bağlı “heç onun telefon zənginə də cavab vermərəm” deməsi bir çox klub və liqaların narazılığı ilə qarşılanıb. Həmçinin L.Qraenin FFF-ə rəhbərliklə də bağlı fikirləri birmənalı qarşılanmayıb. FFF prezidenti quruma yeni rəhbər təyinatı ilə bağlı heç bir demokratik qaydaya uyğun gəlməyən fikirlər söyləyib. Bir növ quruma rəhbərliyin demokratik qaydalarla deyil, istəklə təyin olunduğunu açıqlayıb. FFF-in İcraiyyə Komitəsinin (Comex) bir neçə üzvü artıq L.Qraenin postundan getməsi ilə bağlı fikirlər səsləndiriblər. Comex üzvlərinin vəziyyətin nə dərəcə ciddi olduğunu anladıqları bildirilir. Yaxın saatlarda FFF rəhbərinin istefasının gözlənildiyi qeyd edilir. Fransa yığmasının baş məşqçisi Didye Deşamla müqavilənin müddətinin uzadılmasında da FFF rəhbərinin əli olduğu deyilir. Federasiya rəhbərinin istefasından sonra D.Deşamın Fransa yığmasından uzaqlaşdırılacağı səsləndirilir. Qeyd edək ki, FFF-in rəhbərinə qarşı bir neçə il bundan əvvəl cinsi zorakılıqla bağlı ittihamlar olmuşdu. Son günlər həmin ittihamlar yenidən gündəmə gəlib. |
|
Xəbər 198 dəfə oxundu. |
|
|