FIFA ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq hakim təyin edib | |
Beynəlxalq Futbol Federasiyası (FİFA) ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq dərəcəli hakim təyin edib. Bu barədə “Arabian Daily” məlumat yayıb. Bu status 34 yaşlı Anud Əl-Əsməriyə verilib. O, hakimlik karyerasına 2018-ci ildə başlayıb. 2019-cu ildə əsası qoyulan Səudiyyə Ərəbistanının qadınlardan ibarət yığmasında əvvəllər bir sıra oyunların hakimi olub. |
|
Xəbər 252 dəfə oxundu. |
|
|