“Başakşehir” klubu nigeriyalı futbolçu ilə yollarını ayırıb | |
“Başakşehir” klubu futbolçusu Azubuike Okeçukvu ilə yollarını ayırıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. İyirmi beş yaşlı yarımmüdafiəçi Birinci Liqa təmsilçisi “Çaykur Rizespor”a transfer olunub. Nigeriyalı futbolçu 2019-cu ildən “Başakşehir”də oynayırdı. Qeyd edək ki, “Başakşehir” hazırda turnir cədvəlində 31 xalla üçüncü, “Çaykur Rizespor” isə 30 xalla yeddincidir. |
|
Xəbər 276 dəfə oxundu. |
|
|