NTD klubu “AAAF Xırdalan”ı, “Sərhədçi” isə “Zirvə Astara”nı məğlub edib | |
Dekabrın 24-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) XI turu çərçivəsində daha iki oyun keçirilib. Günün ilk görüşü "AAAF Xırdalan" və NTD komandaları arasında olub. Oyuna sürətli başlayan NTD rəqib üzərində 108:80 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan" Devin Pullum (17 xal, 7 asist), NTD klubundan Londell King (37 xal, 20 ribaund) olublar. Günün sonuncu oyununda "Sərhədçi" və "Zirvə Astara" basketbolçuları üz-üzə gəliblər. “Sərhədçi” oyuna fəal başlayaraq, yekunda rəqibi üzərində 94:84 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhdəçi"dən Endar Poladxanlı (33 xal, 9 ribaund), "Zirvə Astara"dan isə Ruşhard Kruikşenk (37 xal, 7 ribaund) seçiliblər. Qeyd edək ki, turun bağlanış oyunu dekabrın 25-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik" və "Neftçi" komandaları arasında keçiriləcək. |
|
Xəbər 223 dəfə oxundu. |
|
|