AFFA “Zirə”nin iki futbolçusunu cəzalandırıb
AFFA İntizam Komitəsi “Zirə” klubunun iki futbolçusunu cəzalandırıb.

Təmkin Xəlilzadə və Hacıağa Hacılı bir oyunluq diskvalifikasiya olunublar. Buna hər iki oyunçunun “Neftçi”yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin cavab oyununun sonlarında ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. Onların hər ikisi üçün ayrı-ayrılıqda 200 manat ödəniləcək.

“Neftçi” isə 800 manat məbləğində ziyana düşüb. Həmin qarşılaşmada komandanın 6 oyunçusu sarı vərəqə alıb.

Xəbər 215 dəfə oxundu.