AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti standartlara uyğundur | |
İsveçrənin SGS şirkəti 2022-ci ildə AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Bu barədə şirkət tərəfindən quruma ünvanlanmış məktubunda qeyd olunub. Bildirilib ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma Qrupu 2023-2024-cü illər lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir. Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir. |
|
Xəbər 214 dəfə oxundu. |
|
|