İzdiham səbəbindən Argentina millisinin bayram paradı yarımçıq qalıb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olan Argentina millisinin oyunçularının Buenos-Ayresdə keçirilməli olan bayram paradı yarımçıq qalıb.

Buna Argentina paytaxtında yaranan izdiham səbəb olub.

Belə ki, paytaxt küçələrinə çox sayda insanın çıxması millinin futbolçularını daşıyan avtobusun şəhər mərkəzinə gedib çatmasına imkan verməyib. Bildirilir ki, futbolçular kuboku nümayiş etdirmək üçün eyvanına çıxmalı olduqları Prezident Sarayına helikopterlə gediblər.

Xəbər 212 dəfə oxundu.