FIFA dünya çempionatından 10,5 milyard dollar gəlir əldə edib | |
Beynəlxalq Futbol Federasiyası (FIFA) Qətərdə keçirilən dünya çempionatından 10,5 milyard dollar gəlir əldə edib ki, bu da 2018-ci ildə Rusiyanın ev sahibliyi etdiyi turnirdə olduğundan 1 milyard dollar çoxdur. Bu barədə FIFA prezidenti Canni İnfantino jurnalistlərin qarşısında çıxış edərkən deyib. Xatırladaq ki, futbol üzrə növbəti dünya çempionatı noyabrın 20-də start götürüb. Dekabrın 17-də Mərakeş və Xorvatiya yığmaları üçüncü yer uğrunda mübarizə aparacaqlar. Dekabrın 18-də isə çempionluq titulu uğrunda Argentina və Fransa komandaları arasında final oyunu keçiriləcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. |
|
Xəbər 180 dəfə oxundu. |
|
|