Moldova klubu azərbaycanlı məşqçi ilə yollarını ayırıb | |
Moldovanın “Dinamo-Avto” futbol klubu azərbaycanlı məşqçi Novruz Əzimovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mütəxəssis bu ilin sentyabrında “Dinamo-Avto”nun baş məşqçisi təyin edilmişdi. Sözügedən komanda Moldova Super Liqasında mövsümün əsas hissəsini sonuncu pillədə başa vurub. |
|
Xəbər 216 dəfə oxundu. |
|
|