“Xarı bülbül” klubu Yüksək Liqanın yeni mövsümünə qələbə ilə başlayıb | |
Kişi voleybolçular arasında Yüksək Liqada 2022/2023-ci il mövsümünə start verilib. Voleybol Mərkəzində keçirilən birinci turun ilk oyununda “Xarı bülbül” və MOİK komandaları üz-üzə gəliblər. Qarşılaşma Şuşa təmsilçisi “Xarı bülbül”ün 3:0 (25:20, 28:26, 25:16) hesablı qələbəsi ilə başa çatıb. Yüksək Liqada “Xarı bülbül”, MOİK ilə yanaşı, “Neftçi” və “Murov” komandaları da mübarizə aparacaqlar. Kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. |
|
Xəbər 310 dəfə oxundu. |
|
|