Nihad Əhmədzadə - Premyer Liqada meydana çıxan ən gənc futbolçu | |
Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Səbail” klubu ilə qarşılaşma “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub. “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edib. Futbolçu, həmçinin cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb. Xatırladaq ki, klubun tarixində Nihad Əhmədzadədən əvvəl Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, baş məşqçi Samir Abasov 2017/2018-ci il mövsümündə “Sumqayıt”ı çalışdırarkən Səbuhi Abdullazadə komandanın heyətində debüt etməklə Premyer Liqanın tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi. |
|
Xəbər 268 dəfə oxundu. |
|
|