Mərakeş millisi - mundialın medalları uğrunda oynayacaq ilk Afrika və ərəb komandası | |
Futbol üzrə Mərakeş millisi dünya çempionatının medalları uğrunda oynayacaq ilk Afrika və ərəb komandası olub. Mərakeş yığması dünya çempionatının yarımfinalında Fransaya 0:2 hesabı ilə uduzub və turnirin bürünc medalları uğrunda oyuna çıxacaq. Baş məşqçi Valid Reqraqinin komandası üçüncü yer uğrunda görüşdə Xorvatiya ilə qarşılaşacaq. Dekabrın 17-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. |
|
Xəbər 173 dəfə oxundu. |
|
|