“Nur Uşaq Evi”nin sakinləri fudokan yarışında fərqləniblər | |
Fudokan karate-do idman növü üzrə “Şuşa İli”nə həsr edilmiş açıq Bakı turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə 250 fudokançı öz gücünü sınayıb. Qaliblər 6 yaş qrupu olmaqla, (6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-17) 20 çəki dərəcəsi üzrə müəyyənləşib. Turnirin açılış mərasimində çıxış edən Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi Vüsal Abdullazadə, Baş İdarənin sektor müdiri Gündüz Vəliyev ölkəmizdə idmanın inkişafından danışıblar. Uşaq və gənclərin sağlamlığında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsinin vacibliyi diqqətə çatdırılaraq belə tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib. Sonra yarışa start verilib. Valideyn himayəsindən məhrum olunmuş “Nur Uşaq Evi”nin sakinləri turnirdə xüsusilə fərqləniblər. Onlardan Nərmin Məmmədova, İsmayıl Həsənov qızıl, Saleh Rəsulov gümüş medal qazanıblar. Qeyd edək ki, şəhid ailələrinin üzvləri, qazilər açıq turnirdə fəxri qonaq kimi yer alaraq mükafatlandırılıblar. |
|
Xəbər 338 dəfə oxundu. |
|
|