Avropa çempionatında iştirak edəcək həndbol millimiz məşqlərə başlayıb | |
Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb. “AHF Arena”da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb. Məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir. Gürcüstana yollanacaq millimizin növbəti təlim-məşq toplanışı qonşu ölkədə baş tutacaq. Dekabrın 16-dək davam edəcək hazırlıq çərçivəsində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan millisi Bakı İdman Sarayında keçiriləcək təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya komandası ilə görüşəcək həndbolçularımız yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcəklər. |
|
Xəbər 296 dəfə oxundu. |
|
|