İngiltərəli futbolçu Fil Foden ilkə imza atıb
İngiltərə millisinin futbolçusu Fil Foden son 24 ildə dünya çempionatlarının pley-off matçında iki məhsuldar ötürmə edən ən gənc oyunçu olub.

“Mançester Siti”nin yarımmüdafiəçisi Seneqal üzərində 3:0 hesablı qələbəyə iki assistlə töhfə verərək bunu bacarıb.

İyirmi iki yaş 190 günlüyündə bu göstəriciyə imza atan Fodenədək ən gənc yaşda bunu bacaran Braziliya yığmasının sabiq hücumçusu Ronaldo olub. O, 1998-ci ildə təşkil olunan mundialın pley-off mərhələsində iki məhsuldar ötürmə edəndə 21 yaş 284 günlüyündə olub.

Xəbər 273 dəfə oxundu.