Yaponiya millisi Xorvatiyaya, Braziliya seçməsi Koreya Respublikasına qarşı | |
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində bu gün daha iki oyun keçiriləcək. Günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Günün sonuncu qarşılaşmasında isə Braziliya seçməsi Koreya Respublikası millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq. Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq. |
|
Xəbər 194 dəfə oxundu. |
|
|