Şahmatçımız İspaniya açıq turnirində liderlər qrupundadır
İspaniyada şahmat üzrə açıq turnir davam edir.

Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Eltac Səfərli üç turdan sonra maksimum 3 xalla liderlər qrupunda yer alıb. Təmsilçimiz bu gün yerli idmançı Francisco Vallejo Pons ilə qarşılaşacaq. Komandamızın digər üzvü Read Səmədov isə 1,5 xal toplayıb. Növbəti turda onun rəqibi isə malayziyalı Ren Lim Zhuo olacaq.

Yarışda 65-i qrosmeyster olmaqla, 184 şahmatçı iştirak edir.

Xəbər 360 dəfə oxundu.