Azərbaycan Premyer Liqası: “Neftçi” klubu “Səbail”ə qalib gəlib | |
Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. ilk oyun günündə bir qarşılaşma oynanılıb. “Bakcell Arena”da "Neftçi" klubu “Səbail”i qəbul edib. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda “Neftçi” rəqibini 3:1 hesabı ilə məğlub edib. “Neftçi”nin heyətində Emin Mahmudov het-trik edib. Yarımmüdafiəçi qollardan ikisini penaltidən vurub. Oyunda digər qolun müəllifi Rafael Məhərrəmli olub. Hesabında xalların sayını 32-yə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Səbail” 10 xalla yeddinci pillədə qərarlaşıb. Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" matçları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da oynanılacaq. |
|
Xəbər 215 dəfə oxundu. |
|
|