Bu gün Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək. “Qarabağ” klubu “Turan Tovuz”un qonağı olacaq. Saat 14:30-da başlayacaq matçı baş hakim Tural Qurbanov idarə edəcək. Bu komandalar arasında 11-ci turda keçirilən görüşdə Ağdam təmsilçisi evdə 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, “Qarabağ” 36 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Tovuz təmsilçisi isə 15 xalla altıncıdır. |
|
Xəbər 224 dəfə oxundu. |
|
|