AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri UEFA tərəfindən növbəti təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

O, UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Ferentsvaroş” (Macarıstan) oyununda UEFA matç direktoru qismində çalışacaq.

Matç noyabrın 3-də Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”də oynanılacaq.

Xəbər 270 dəfə oxundu.