Kiyev “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib | |
Kiyev “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib. Bir neçə gün əvvəl Yuri Syomini istefaya göndərən klub rəhbərliyi baş məşqçi postunu Ukrayna milli komandasının baş məşqçisi Oleq Bloxinə həvalə edib. Əfsanəvi futbolçu yığmadakı fəaliyyətini də davam etdirəcək. “Dinamo” Syominin rəhbərliyi altında son 5 oyundan 4-də məğlub olmuşdu. Qeyd edək ki, futbolçu karyerası ərzində 19 il (1969-1988) Kiyev “Dinamo”sunda çıxış edən Bloxin məşqçi kimi ilk dəfə doğma komandasına rəhbərlik edəcək. O, bundan əvvəl Yunanıstanın “Olimpiakos”, PAOK, “İonikos”, AEK, Rusiyanın “Moskva” və Ukraynanın “Çornomorets” klublarını çalışdırıb. 2003-2007-ci illərdə yığmaya başçılıq edən 59 yaşlı mütəxəssis ötən il yenidən komandaya dönüb. |
|
Xəbər 925 dəfə oxundu. |
|
|