Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar | |
Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal qazanıblar. Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev Gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medal qazanıblar. Oktyabrın 30-da 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) qızıl, Nuran Rzazadə (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər. Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur. |
|
Xəbər 356 dəfə oxundu. |
|
|